CybCell. Biznesiniz üçün rəqəmsal ekosistem.

Biznesiniz üçün rəqəmsal ekosistem. Sayt, tətbiq, süni intellekt, marketinq.

Aşağı sürüşdürün

Adın mənası

cyb·cell

  1. cyb-

    kibernetika

    Canlılarda və maşınlarda idarəetmə və əlaqə elmi. Norbert Viner, 1948. Bizdə: texnologiya.

  2. -cell

    hüceyrə

    Həyatın ən kiçik vahidi. Tək başına işləyir, başqaları ilə birləşəndə orqanizm yaradır.

  3. cybcell

    rəqəmsal ekosistem

    Biznesinizi rəqəmsallaşdıran həllər toplusu. Sayt, tətbiq, süni intellekt, 3D, AR, marketinq və avadanlıq ayrı-ayrı hüceyrələrdir, birlikdə canlı sistemdirlər.

Bir tərəfdaş, bütün rəqəmsal həllər. Saytdan reklam kampaniyasına, 3D təqdimatdan kassa avadanlığına qədər hər şey vahid sistem kimi işləyir.

01Hüceyrə

Hər həll bir hüceyrədir.

Sayt, mobil tətbiq, süni intellekt köməkçisi, 3D təqdimat, reklam kampaniyası, ağıllı ekran. Hər biri öz işini görür və tək başına da güclüdür. Biz onları biznesinizə uyğun seçir və qururuq.

Veb sayt · Mobil tətbiq · Süni intellekt · 3D · AR · Marketinq · Avadanlıq

02Böyümə

Biznesiniz böyüdükcə sistem də böyüyür.

Bir filialdan on filiala, yüz müştəridən yüz minə. Qurduğumuz həllər yük artanda dayanmır, bölünüb çoxalır. Yeni filial, yeni dil, yeni kanal bir neçə günə qoşulur.

Miqyaslanan arxitektura · Bulud · Çoxfilial idarəetmə

03İnteqrasiya

Hər şey bir-birinə bağlıdır.

Sayt qiymətləri e-menyudan özü çəkir, süni intellekt köməkçisi müştərinin sualını cavablayıb rezervasiya yaradır, tətbiq sifarişi mətbəxə ötürür, reklamın nəticəsi satış panelinə düşür. Məlumatı bir dəfə daxil edirsiniz, hər yerdə yenilənir.

API · Süni intellekt · CRM · POS və e-menyu inteqrasiyası

043D və AR

Bina tikilməmiş satılır.

Tikinti şirkətləri üçün 3D satış sistemi: müştəri binanı fırladır, mərtəbə və mənzil seçir, içində gəzir, günəşin hansı saatda düşdüyünü görür. Restoranlar üçün AR menyu: yemək telefonda, real ölçüdə masanın üstündə.

3D satış sistemi · Virtual tur · Artırılmış reallıq

05Marketinq

Diqqəti satışa çeviririk.

Brend strategiyası, sosial media, performans reklamı, video və motion dizayn. Hər kampaniya ölçülür, süni intellekt analitikası büdcəni nəticə verən kanala yönəldir.

SMM · Performans reklamı · Brendinq · Analitika

06Dəstək

Problemi müştəriniz görməmiş həll edirik.

Saytlar, tətbiqlər, kiosklar və kassalar daim izlənir. Nasazlıq yarandığı an aşkarlanır, təcrid olunur və aradan qaldırılır. Siz işinizlə məşğul olursunuz.

24/7 monitorinq · Texniki dəstək · Təhlükəsizlik

07Ekosistem

Birlikdə canlıdırlar.

Sayt, tətbiq, süni intellekt, 3D, marketinq və avadanlıq bir məqsəd ətrafında birləşəndə biznesiniz rəqəmsal orqanizmə çevrilir: öyrənir, uyğunlaşır, böyüyür. Biz buna CybCell deyirik.

Rəqəmsal transformasiya · Süni intellekt · İnnovasiya

Həllər

Ekosistemin yeddi hüceyrəsi.

Hər birini ayrıca sifariş edə bilərsiniz. Birlikdə isə biznesiniz üçün tam rəqəmsal ekosistem yaradırlar.

  1. 01

    Veb saytlar və platformalar

    Korporativ saytlar, onlayn mağazalar, e-menyu və idarəetmə panelləri. Sürətli, mobil uyğun və axtarışda tapılan.

    Korporativ sayt · E-commerce · Admin panel

  2. 02

    Mobil tətbiqlər

    iOS və Android tətbiqləri: sifariş, rezervasiya, loyallıq, kuryer. Müştəriniz cibində sizinlədir.

    iOS · Android · Loyallıq

  3. 03

    Süni intellekt inteqrasiyası

    Saytınıza, tətbiqinizə və CRM-ə süni intellekt qoşuruq: müştəriyə 24/7 cavab verən köməkçilər, sənəd oxuyub hesabat hazırlayan agentlər, satışı proqnozlaşdıran modellər.

    AI köməkçi · Chatbot · Avtomatlaşdırma · Proqnoz

  4. 04

    3D və AR həllər

    Tikinti layihələri üçün 3D satış sistemi və virtual tur, restoranlar üçün AR menyu. Məhsulunuzu hələ əldə tutmadan göstərin.

    3D satış · Virtual tur · AR menyu

  5. 05

    Marketinq və brendinq

    Brend strategiyası, SMM, performans reklamı, video və motion dizayn. Hər kampaniya ölçülür və optimallaşdırılır.

    SMM · Reklam · Brendinq · Motion

  6. 06

    Rəqəmsal avadanlıq

    Rəqəmsal ekranlar, özünəxidmət kioskları, POS sistemləri, kameralar və sensorlar. Quraşdırırıq, qoşuruq, işlək saxlayırıq.

    Kiosk · POS · Smart ekran · IoT

  7. 07

    Dəstək və təhlükəsizlik

    24/7 monitorinq, yenilənmələr, ehtiyat nüsxə və qorunma. Sistemləriniz işləyir, siz narahat olmursunuz.

    Monitorinq · Backup · Təhlükəsizlik

Şəkil 1 Sayt, bloklardan yığılır və istənilən ekrana uyğunlaşır

Nümunə layihələr

Həllərimiz işdə.

Hazırladığımız nümunə layihələr. Hər biri eyni texnologiyanı sizin biznesinizə uyğunlaşdırmaq üçün hazırdır.

  1. 01Tikinti · 3D · Virtual tur

    Tikinti üçün 3D satış sistemi

    Tikinti şirkəti üçün interaktiv 3D sayt. Müştəri binanı fırladır, mərtəbəyə klikləyib mənzil seçir, status, sahə və qiyməti görür, mənzilin içində virtual turla gəzir, otaqları öz zövqünə görə döşəyir. Bakı üçün günəş simulyasiyası hər mənzilə günün hansı saatında işıq düşdüyünü göstərir.

    • 3D mənzil seçimi
    • Virtual tur
    • Dizayn studiyası
    • Foto-render
    • Günəş simulyasiyası
  2. 02Restoran · Artırılmış reallıq

    Restoran üçün AR menyu

    Masadakı QR kodu skan edən qonaq yeməyi telefonun kamerasında real ölçüdə, masanın üstündə görür. Tətbiq yükləmək lazım deyil: Android-də WebXR, iPhone-da Quick Look, kompüterdə fırlanan 3D model.

    • AR menyu
    • QR masa kartları
    • 3D yemək modelləri
  3. 03Kafe · Veb sayt · İnteqrasiya

    Canlı menyulu kafe saytı

    Kofe məkanı üçün parallax effektli sayt. Qiymətlər əl ilə yazılmır: sayt onları elektron menyudan özü çəkir və kassa sistemində dəyişən kimi yenilənir. Admin paneldən məhsulları göstərmək, gizlətmək və sıralamaq olur.

    • Canlı e-menyu inteqrasiyası
    • Admin panel
    • Parallax dizayn

Canlı dialoq

Ekosistemin içində bu an nə baş verir.

Sayt, tətbiq, süni intellekt, e-menyu, CRM, reklam və kiosk bir-birinə xəbər ötürür: qiymət dəyişir, sifariş gəlir, müştəri maraq göstərir, nasazlıq aradan qalxır. Bu axın ekosistemin içindəki dialoqun sadələşdirilmiş nümunəsidir.

cybcell / şəbəkə / dialog canlı

    Standartlar

    Hədəf götürdüyümüz standartlar.

    Qurduğumuz hər həll bu göstəricilərə görə yoxlanılır.

    Dəstək
    24/7
    Sistemləriniz gecə də izlənir.
    Səhifə yüklənmə hədəfi
    <2s
    Müştəri gözləmir, alış edir.
    Əlçatanlıq hədəfi
    99.9%
    Sayt və tətbiq həmişə açıqdır.
    Tərəfdaş
    1
    Sayt, tətbiq, süni intellekt, marketinq və avadanlıq bir yerdə.

    Həyat dövrü

    Necə işləyirik.

    1. 01

      Diaqnoz

      Biznesinizi, müştərilərinizi və rəqiblərinizi öyrənirik. Harada vaxt və pul itirdiyinizi tapırıq.

    2. 02

      Ekosistem xəritəsi

      Hansı hüceyrənin lazım olduğunu seçirik: sayt, tətbiq, süni intellekt, 3D, marketinq, avadanlıq. Onların birlikdə necə işləyəcəyini planlayırıq.

    3. 03

      Qurulum

      Dizayn edir, proqramlaşdırır, avadanlığı quraşdırırıq. Mərhələ-mərhələ işə salır, hər addımda nəticəni göstəririk.

    4. 04

      Böyümə

      Marketinq, analitika və dəstəklə sistemi böyüdürük. Rəqəmlərə baxır, işləyəni gücləndiririk.

    Əlaqə

    Biznesinizi canlandıraq.

    Biznesinizi və ehtiyacınızı bir neçə cümlə ilə yazın. Hansı hüceyrələrin lazım olduğunu birlikdə müəyyən edək.

    Birbaşa yazın

    hello@cybcell.az